Dortmund “Borussiya”sı baş məşqçi Niko Kovaçla yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, məlumatı Bundesliqa nəhənginin mətbuat xidməti yayıb.
Xorvatiyalı mütəxəssisin müqaviləsinin müddəti 2 il - 2027-ci ilin yayına kimi uzadılıb.
Qeyd edək ki, Niko Kovaç bu ilin fevral ayından “Borussiya”nı çalışdırır. Onun komandası Bundesliqanın cari mövsümünə xal itkisi ilə başlayıb. "Arılar" “Sankt-Pauli” ilə heç-heçə edib – 3:3.