RU

“Starlink Azerbaijan”ın hesabatlılığı ilə bağlı müzakirə aparılıb

Azərbaycanın telekommunikasiya və poçt sahələri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) əməkdaşları ilə “Starlink” şirkətinin nümayəndələri arasında onlayn görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə “Starlink”in bazara giriş üzrə direktoru Rebeka Hanter və “Starlink Azerbaijan” MMC-nin nümayəndələri iştirak ediblər.

İKTA rəsmiləri ilk olaraq tənzimləyici qurumun əsas vəzifə və səlahiyyətləri haqqında məlumat veriblər. Daha sonra qeyd edilib ki, telekommunikasiya operatoru kimi “Starlink Azerbaijan” MMC də fəaliyyətinin müxtəlif aspektlərini əks etdirən hesabat təqdim etməlidir.

Görüş zamanı peyk telekommunikasiya operatorunun Agentliyə təqdim edəcəyi hesabat formaları, onların təqdim edilməsi qaydaları və digər vacib məsələlər haqqında müzakirələr aparılıb.

Eyni zamanda İKTA-nın fəaliyyəti, Azərbaycan telekommunikasiya mühiti və başqa maraq doğuran mövzular ətrafında “Starlink” nümayəndələrinin sualları cavablandırılıb.

Избранный
18
14
unikal.az

10Источники