RU

Badmintonçumuz dünya çempionatına qələbə ilə başlayıb

Fransanın paytaxtı Paris şəhərində badminton üzrə dünya çempionatına start verilib.

Apasport.az xəbər verir ki, Tokio və Paris olimpiadasının iştirakçısı, bamdinton üzrə milli komandamızın lideri Edi Reski Dviçayo qələbə ilə başlayıb.

Edi kişi badmintonçuların şəxsi yarışında dünya reytinq sıralamasında 19-cu olan Yaponiya bamdintonçusu Koki Vatanabe üzərində qələbə ilə başlayıb – 2:0 (21-19,21-18).

Badmintonçumuz 1/16 finalda İndoneziya təmsilçisi Conatan Kristie ilə qarşılaşacaq.

Digər badmintonçumuz Diki Pangestu isə kişi badmintonçuların şəxsi yarışında Xorvatiya badmintonçusu Aria Dinataya 1:2 (16-21,21-16,14-21) hesabı ilə uduzub. 

Kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu tandemi ilk görüşdə Sinqapur idmançıları Junsuke Kubo-Vesley Koh cütünə 0:2 (9-21,13-21) hesabı ilə məğlub olub.

Qadınların şəxsi yarışında Keişa Fatimə Zəhra 1/32 finalda braziliyalı Juliana  Vieyra ilə qarşılaşacaq.

Qarışıq qoşa kateqoriyasında Cahid Əlhəsənov-Həcər Nuriyeva tandemi 1/32 finalda Almaniya badmintonçuları Malik Bourakkadi-Leona Mixalski cütü ilə qarşılaşacaq.

Dünya çempionatında Azərbaycan nümayəndə heyətini baş katib Ramil Hacıyev təmsil edir.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatında ilk dəfə baş məşqçi Morteza Validarvinin rəhbərliyi altında 4 kateqoriyada 6 idmançı ilə təmsil olunur.

“Araz-Naxçıvan” heyətini yeni oyunçu ilə gücləndirib

ÇL: “Araz-Naxçıvan”ın oyunlarını idarə edəcək hakimlər açıqlanıb

“Yay transfer pəncərəsi”nin vaxtı bəlli olub

"Araz-Naxçıvan"dan növbəti transfer

Yeniyetmə reqbiçilərimizin Gürcüstan sınağı

Избранный
24
10
apasport.az

10Источники