RU

İspaniyada meşə yandırmaqda şübhəli bilinən 48 nəfər həbs edilib

İspaniyada meşələri yandırmaqda şübhəli bilinən 48 nəfər həbs edilib, daha 134 nəfərlə bağlı araşdırma aparılır.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinə istinadən "Europa Press" xəbər agentliyi məlumat yayıb .

“Daxili İşlər Nazirliyi bu yay İspaniyada baş vermiş müxtəlif meşə yanğınlarında iştirakda şübhəli bilinərək saxlanılanların sayını 48 nəfərə, Mülki Qvardiya və Milli Polisin araşdırması altında olanların sayı isə 134 nəfərə yüksəldib”, - nəşr yazır.

İyunun əvvəlindən Mülki Qvardiya 36 nəfəri saxlayıb, daha 110 nəfərlə bağlı araşdırmalar başlayıb. Polis də öz növbəsində 12 nəfəri saxlayıb, 24 nəfərə qarşı ittiham irəli sürüb.

Избранный
17
aznews.az

1Источники