RU

Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinə səfəri zamanı çıxışı barədə

Azərbaycan ərazi baxımından böyük dövlət deyil, amma hər kəndin, hər bir bölgənin özünəməxsus xarakterik xüsusiyyətləri var. Bu baxımdan Kəlbəcər rayonu da həm tarixi, arxeoloji abidələri, yerləşdiyi relyefi, strateji mövqeyi, həm də hündür aşırımları, yeraltı sərvətləri və bol sulu çayları ilə diqqəti cəlb edir.
Kəlbəcər toponiminin mənşəyi qədim türk dilində “ çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş süni mağaralar mövcuddur.
Kəlbəcər qədim insan məskənlərindən biridir. Kəlbəcər Azərbaycanın nadir ərazilərindəndir ki, həm atəşpərəstlik, həm xristianlıq, həm də islam dəyərləri bu diyarda mövcud olub.
Kəlbəcər rayonu1930-cu ildə yaradılıb. 1936 kvadrat kilometr əraziyə malik olan Kəlbəcərin işğala qədər 60 min əhalisi, 128 kəndi var idi. Kəlbəcər böyük tarixi keçmişi, çoxsaylı dini və tarixi abidələri, zəngin mədəniyyəti ilə diqqəti cəlb edir. Çox təəssüflər olsun ki, 1993-cu ilin aprelişğalı təkcə bu ərazinin zəbt edilməsi deyildi, min illər boyu Azərbaycan xalqının yaratdıqlarınınməhv edilməsi idi.
Dağıdılmış abidələr-Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Həsən Cəlal kilsəsi, Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndində Uluxan qalası, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid-bu siyahını kifayət qədər uzatmaq olar.
Kəlbəcərin Zarmağarası dünyada ən qədim insan məskəni kimi tanınır. Sovet dönəmində hər bir məktəbliyə bu mağaranın adı orta məktəb dərsliyindən məlum idi.
Kəlbəcər rayonu sovet dönəmində dağ rayonu kimi xarakterizə olunurdu. Yeraltı sərvətləri haqqında məlumat ümumi xarakter daşıyırdı.
Sovet dövlətinin süqutu ərəfəsində Ermənistanınstrateji planındaKəlbəcərin də işğalı var idi. Şuşa və Laçının işğalından sonra Kəlbəcəri müdafiə etməkçətinləşdi. Düşmən Laçından sonra Kəlbəcəri işğal etməklə Ermənistanla Qarabağ arasında mövcud maneələri aradan qaldırmış olurdu.
1993-cü ilin iqtidarıbütün ümidini BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsinə bağlayırdı. Azərbaycanın Prezidenti İlham Əliyev bu barədə deyir:”Birincisi, Ermənistan bir qarış torpaq qaytarmaq fikrində deyildi və danışıqlarda, sadəcə olaraq, görüntü yaratmaq naminəiştirak edirdi. Bu məsələ ilə məşğul olmalı olan üç ölkə-Fransa, Rusiya və ABŞ məsələni həll etmək əvəzinə, münaqişəni dondurmaq istiqamətində işlər aparırdı və faktiki olaraq erməni işğalına hüquqi don geyindirmək üçün dəridən-qabıqdan çıxırdı. Məhz buna görə də bu münaqişə sülh yolu ilə həll olunmadı.”
1993-cü ildə Kəlbəcərin işğalı, düşmənə qarşı martın 23-dən aprelin 3-nə kimi davam edən müqavimət göstərdi ki, Azərbaycanın haqq işinə kömək edən dövlət yoxdur. Heç bir dövlət- nə müsəlman həmrəyliyi, nə türk birliyi, nə də iqtisadi və siyasi maraqlar Azərbaycana dəstək çıxdı.
Birinci Qarabağ müharibəsi Azərbaycanın məğlubiyyəti ilə nəticələndi. Qarabağ müharibəsi zamanı dünya dövlətlərininbizə olan münasibəti ədalətsiz idi, amma reallıq bu idi. Birinci Qarabağ müharibəsi təkcə məğlubiyyət deyildi, həm də tarixin ibrət dərsi idi. Xoşbəxtlikdən Azərbaycan bu dərsdən nəticə çıxardı. Azərbaycan Prezidenti bu barədə deyir:” Bəzi ölkələr ermənilərə milyardlarla dollar dəyərində pulsuz silahlar verirdi, bir məqsədlə ki, işğal davam etsin, azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar. Mən 2003-cü ildən 2020-ci ilə qədər bu danışıqlarda iştirak etməyə məcbur idim.”
Ermənistanı müdafiə edən dövlətlər əmin idilər ki, Azərbaycan gec-tez işğalla barışacaq və Qarabağın sonrakı taleyi Ermənistanla bağlı olacaq. Laçın və Kəlbəcəri də Azərbaycana qaytarmamaq üçün hər cür məkrdən istifadə edirdilər. Erməni işğalına haqq qazandlranlar bu problemin həlli ilə bağlı çox şeyi düzgün hesablamışdılar. Amma iki məsələdə - Azərbsycan xalqının səbrinə və 2003-cü ildə Azərbaycanın Prezidenti seçilmiş İlham Əliyevin qətiyyətinə və cəsarətinə bələd olmadıqları üçün səhvə yol verdilər. 17 illik hakimiyyəti dövründə Ali Baş Komandanhəyata keçirdikləri haqqında deyir:
1. Güçlü iqtisadiyyatqurduq.
2. Beynəlxalq müstəvidə Ermənistanı işğalçı dövlət kimi ifşa etdik.
3. Bir çox beynəlxalq aparıcı təşkilatlar bizim səylərimiz nəticəsində mövqeyimizi qəbul etməyə məcbur oldu.
4. Güclü ordu yaratdıq.
5. Ən müasir silahlara sahib olduq.
6. Gəncləri Vətənə məhəbbət ruhunda tərbiyə etdik.
44 günlük Vətən Müharibəsindən illər keçəcək amma xalqımızın qəhrəmanlıq tarixində xüsusi hadisə olan bu olay heç vaxt unudulmayacaq. Bilirsiniz, nə üçün? Bu müharibə bizdən kimləri aldı, məlum, onlar şəhidlərimizdir. Ruhları şad olsun. Amma qazandıqlarımız da xeyli çoxdur. Prezident İlham Əliyev qazandıqlarımızıbelə xarakterizə edir:” Bu qələbə ilə Azərbaycan xalqı ən yüksək müstəvidə öz böyüklüyünü göstərdi; müharibədən sonra kifayət qədərgüclü tərəfdaşlarımız var və beynəlxalq təşkilatlar çərçivəsində mövqeyimiz hər zaman ədalətlimövqe kimi qəbul olunur; dünya birliyi, beynəlxalq aləm bizim Qələbəmizi və yeni reallıqları tam qəbul edirvə bu da özlüyündə tarixi hadisədir; Azərbaycan ləyaqətli ölkədir, güclü ölkədir, heç kimə məsləhət görmürük ki, nə vaxtsa bizə qarşı hansısa bəd əməllər haqqında düşünsün.”
Çar Rusiyası dövründə itirdiyimiz torpaqları geri almaq mümkün olmadı. 23 ay fəaliyyətgöstərən Azərbaycan Xalq Cümhuriyyəti bu istəklə bağlı planlarını reallaşdıra bilmədi. 1920-ci ilin bolşevik işğalı qonşulara torpaqlarımızı zəbt etmək üçün şərait yaratdı. Azərbaycan torpaqlarına qarşı bu səlib yürüşü sovet dönəmində də davam etdi. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə deyir:” Son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. Yeganəxalq bizik ki, tam Qələbə qazandıq, mütləq Qələbə qazandlq. Düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdik və eyni zamanda, sülhün təminatçısı da Azərbaycandır.”
Azərbaycanın Prezidenti Kəlbəcərdə əhali ilə görüşü zamanı gələcəkdədinc və əmin-amanlıq içində yaşamağımızla bağlı bir neçə fikrini yurd sahiblərinin nəzərinə çatdırdı:” Biz düşməndən qisasımızı döyüş meydanında aldıq. Bizbir daha xalqımızın böyüklüyünü göstərdik;
Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq; Bizim işimiz quruculuqdur; Keçmişimizi heç vaxtunutmamalıyıq və ayıq olmalıyıq. Biz bundan sonra heç kimlə müharibəaparmaq fikrində deyilik. … Rahat yaşayın, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.”
Azərbaycanın Prezidenti Kəlbəcərdə rayon əhalisi ilə görüşlərində ölkəmizin qazandığı nailiyyətləri dilə gətirməklə insanların gələcəyə olan inamını artırdı. Dövlətin başçısı:”Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir” deməklə əsl həqiqəti dilə gətirir. Bu fikri 1993-cü il aprel günləri haqqında demək olarmı? Əsla yox. Bəs onda özünə müxalifət deyənlər nəyin narazılığını edirlər?Bəlkə Ermənistanla sülh bağlamaq xeyrimizə deyil? Bəlkə Kəlbəcərdə gedən bərpa-quruculuq işləri müxalifətdə qıcıq yaradır? Yox, bəylər, nəyi isə tənqid etmək olar, iqtidarın hansı hərəkəti ilə razılaşmamaq olar. Amma iqtidarın uğurlarına böhtan atmaq yolverilməzdir. Çünki bu böhtanı atanlar özlərinə ziyalı deyirlər. Ziyalının ədaləti hər şeydən uca olmalıdır.
Azərbaycanın 44 gün ərzində qazandıqları danılmazdır. Hətta düşmənlərimiz belə Azərbaycanın qələbəsini etiraf edir. Gəlin, hamımız bu qələbəyə sevinək və iqtidara uğurlar diləyək.
Mən əminəm ki, ən qədim insan məskənlərindən olan KəlbəcərinZar mağarası tezliklə dünya arxeoloqlarının tədqiqat mərkəzinə çevriləcək və Azərbaycan həqiqətləri bütün dünyaya yayılacaqdır.

Anar İsgəndərov,

Milli Məclisin deputatı

Избранный
19
aznews.az

1Источники