RU

BŞİH-də payız-qış mövsümünə hazırlıqla bağlı geniş müşavirə keçirilib

Avqustun 26-da Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıqla bağlı geniş müşavirə keçirilib.

Doğru.az xəbər verir ki, müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində şəhərin maddi-texniki bazası güclənib və paytaxt yeni inkişaf mərhələsinə qədəm qoyub.

Onun sözlərinə görə, strukturlar öz funksional vəzifələrindən asılı olmayaraq vahid orqanizm kimi çalışmalıdır, mövcud imkanlar isə daha səmərəli və əlaqəli fəaliyyət göstərməyə şərait yaradır. Qarşıdan gələn mövsümə hazırlıq işləri də bu yanaşma ilə icra olunmalıdır.

İclasda paytaxtda aparılan abadlıq-quruculuq, kommunal xidmətlər və yaşıllaşdırma işlərinin mövcud vəziyyəti müzakirə olunub, bu işlərin sürətləndirilməsi tapşırılıb. Sonda iştirakçılara mövcud çatışmazlıqların aradan qaldırılması, payız-qış mövsümünə hazırlıq, abadlıq-quruculuq və təmizlik işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib.

DOĞRU.AZ

Избранный
17
44
dogru.az

10Источники