RU

Allahşükür Paşazadə İran səfirini qəbul edib

Şeyxülislam Allahşükür Paşazadə avqustun 25-də İran İslam Respublikasının Bakıdakı yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Müctəba Dəmirçilunu qəbul edib.

Missiya.Az "APA" ya istinadən xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qeyd edilib ki görüş zamanı Azərbaycan və İran dövlətləri və xalqları arasında bütün sahələrdə, o cümlədən, dini-mənəvi müstəvidə tarixi, ənənəvi əlaqələrin möhkəmlənməsinin vacibliyinə toxunulub.

İşğaldan azad olunmuş Qarabağda gedən genişmiqyaslı yenidənqurma işləri, vandalizmə məruz qalmış dini-mənəvi irsimizin dirçəldilməsi barədə danışan Allahşükür Paşazadə bunu ümumislam əhəmiyyətli hadisə kimi dəyərləndirib və səfirə həmin ərazilərə səfər etməyi tövsiyə edib.

Səfir isə Şeyxülislam A.Paşazadəni Azərbaycan və bütün region üçün önəmli şəxsiyyət, Azərbaycanı dünya miqyasında, beynəlxalq müstəvilərdə yüksək səviyyədə təmsil edən nüfuzlu lider kimi dəyərləndirdi və qəbula görə minnətdarlığını bildirib.

O, İran İslam Respublikasında keçiriləcək benəlxalq konfransa dəvət məktubunu QMİ sədrinə təqdim edib.

Избранный
30
8
missiya.az

10Источники