Bakı. Trend:
Qərbi Qazaxıstan vilayətində 150-yə yaxın kurqanın - qədim antikdövrün abidələri olan qəbir təpələrinin yerləşdiyi unikal arxeolojiməkan aşkarlanıb.
TrendQazaxıstan mətbuatına istinadən xəbər verir ki, kurqanlardan biriöz ölçüsü ilə heyran edir: onun xəndəyinin eni 140 metrə çatır.
Arxeoloqların fikrincə, burada xüsusi statusa malik insan dəfnoluna bilərdi. İlkin məlumatlara görə, məskunlaşma hələ erkən Dəmirdövründə mövcud olub.
Kurqanların forması da qeyri-adidir: onların arasında təkcədüzbucaqlılar deyil, həm də halqavarı olanlar, həmçinin ikihalqadan düzəldilmiş də var. Belə məzarlıqlar unikaldır və bölgənintarixinin öyrənilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.