RU

Danimarkada 8500 il əvvəl dəniz sularının altında qalmış yaşayış məskəni aşkarlanıb

Bakı. Trend:

Danimarkanın Aarhus körfəzində aparılan arxeoloji qazıntılarzamanı 8500 il əvvəl dəniz sularının altında qalmış Daş dövrünə aidyaşayış məskəni aşkar edilib.

Trend“Independent”ə istinadən xəbər verir ki, yay mövsümündə dalğıclarölkənin ikinci böyük şəhəri Aarhus yaxınlığında dəniz dibinə enərəkDaş dövrünə aid məskəndən heyvan sümükləri və daş alətlərtoplayıblar.

Tədqiqatlar Avropa İttifaqının maliyyələşdirdiyi, dəyəri 13,2milyon avro olan altıillik beynəlxalq layihənin bir hissəsidir.Layihəyə Aarhus Universiteti (Danimarka), Bredford Universiteti(Böyük Britaniya) və Almaniyanın Aşağı Saksoniya Tarixi SahilTədqiqatları İnstitutu da qoşulub. Məqsəd Baltik və Şimaldənizlərinin dibini xəritələşdirərək su altında qalmış Mezolitdövrü məskənlərini üzə çıxarmaqdır.

Danimarkada sualtı tədqiqatlara rəhbərlik edən arxeoloq PeterMoe Astrup bildirib ki, indiyədək aşkar edilən məskənlərinəksəriyyəti qədim sahil xəttindən daha içəridə yerləşib.

Избранный
8
4
az.trend.az

5Источники