"Ferentsvaroş"un futbolçusu Toon Raemaekers UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la cavab matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Apasport.az xəbər verir ki, belçikalı mərkəz müdafiəçisi Bakıya qələbə üçün gəldiklərini bildirib:
"Komandada əhval-ruhiyyə yaxşıdır, hər şey qaydasındadır. Biz bura yalnız qələbə qazanmaq üçün gəlmişik. İlk matçda bəxtimiz gətirmədi, bəzi səhvlərə yol verdik. Fikrimcə, gözlədiyimiz oyunu tam göstərə bilmədik. Sabah eyni səhvlərə yol verməməyə çalışacağıq".
Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" qarşılaşması sabah saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Əvəzedicilər liqası: III turun oyun cədvəli
AFFA nümayəndəsi UEFA-nın tədbirində
"İmişli"dən yeni transfer
“Zirə”nin futbolçusu əməliyyat olunub
“Qarabağ”dan yeni transfer - Qurban Qurbanov açıqladı