RU

Kəlbəcərdə qaz sızması nəticəsində partlayış olub, 4 nəfər xəsarət alıb - Yenilənib

Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsində mənzillərdən birində qaz təchizatının yoxlanışı zamanı partlayış olub...

Kəlbəcər rayonunun Bərpa,Tikinti və İdarəetmə Xidmətindən "Report"a bildirilib ki, hadisə zamanı heç bir dağıntı və ya yanğın baş verməyib.

Yoxlanışı həyata keçirən 3 məsul şəxs və mənzil sahibi yüngül xəsarət alıb. Yaralılara dərhal tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 4 nəfər yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları ilə bağlı hələ ki, heç nə məlum deyil.

Poliqon.info

Избранный
49
5
poliqon.info

10Источники