Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmaları keçirilir.
Sportinfo.az xəbər verir ki, Qazaxıstan “Kayrat”ı Şotlandiyadan "Seltik"i üstələyib.
Hər iki oyunda 0:0 hesabı ilə nəticələndiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan qazaxıstanlılar əsas mərhələyə yüksəlib - 3:2. "
Kayrat" tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.