İran və "Avropa üçlüyü" ölkələri - Böyük Britaniya, Almaniya və Fransa nüvə dosyesi ilə bağlı Cenevrədə keçirilən danışıqların son raundundan sonra İslam Respublikasına qarşı sanksiyaların yenilənməsinin qarşısının alınmasına dair razılığa gələ bilməyiblər.
Operativ Media xəbər verir ki, bu barədə "Associated Press" agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb .
O, İsveçrədəki danışıqların "yekun nəticə olmadan başa çatdığını" deyib. Tərəflər İrana qarşı 2015-ci il razılaşması əsasında ləğv edilmiş sanksiyaların bərpasının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyiblər.