RU

Geyiləbilən sensor stres reaksiyalarını izləyir ARAŞDIRMA

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 27 avqust, AZƏRTAC

Müasir dövrdə insanların böyük bir qismi xroniki stresin mənfi təsirləri ilə üzləşir. Qısamüddətli stres bədənin normal fəaliyyətinə kömək etsə də, uzunmüddətli stres narahatlıq, ürək-damar xəstəlikləri və iltihab kimi problemlərə səbəb olur. Bu hal, həmçinin ictimai səhiyyə sistemlərinə əlavə yük yaradır. Stresin izlənilməsi onun idarə olunmasında mühüm rol oynasa da, mövcud metodlar prosesi tam əks etdirmir. Adətən stres yalnız kortizolun qeyri-müntəzəm ölçülməsi, ürək ritmi və ya subyektiv hesabatlarla qiymətləndirilir. Bu isə insanın stres vəziyyəti barədə tam təsəvvür yaratmağa imkan vermir. Alimlər çətinliyi həll etmək üçün “Stressomic” adlı geyiləbilən biosensor hazırlayıblar. Bu cihaz kortizol, epinefrin və norepinefrin səviyyələrini davamlı olaraq ölçə bilir. Beləliklə, kəskin və xroniki stresin fərqləndirilməsi mümkün olur. Cihaz sadə bioloji cəhətdən uyğun yamaq formasında dəriyə yerləşdirilir.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, araşdırma “Science Advances” jurnalında dərc olunub və üç mərhələli klinik sınaqda yoxlanılıb: İştirakçılar yüksək intensivlikli məşq edərkən fiziki stres reaksiyaları ölçülüb. Beynəlxalq Affektiv Şəkil Sistemi (IAPS) vasitəsilə emosional stres sınaqdan keçirilib. Taurin, GABA, teanin və maqneziumdan ibarət əlavələrin qəbulundan sonra farmakoloji təsirləri müşahidə olunub. Nəticələr göstərib ki, “Stressomic” həm fiziki, həm də psixoloji stressin izlənilməsində effektivdir və gələcəkdə stresin idarə olunmasına dair yeni imkanlar aça bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
1
azertag.az

2Источники