RU

Estoniyada yaşlı rus qadın casusluqda ittiham olunaraq həbs edilib

63 yaşlı Erna Moiseyeva 3 il müddətinə azadlıqdan məhrum edilib...

Poliqon xəbər verir ki, Estoniya məhkəməsi həm Rusiya, həm də Estoniya vətəndaşlığına malik 63 yaşlı Erna Moiseyevanı casusluqda təqsirli bilib və onu 3 il müddətinə azadlıqdan məhrum edib. ERR tele-radio şirkətinin məlumatına görə, ittiham tərəfi qadının 2023-cü ilin sonlarından Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əməkdaşlıq etməyə başladığını və bu quruma Estoniya polis əməkdaşları, hərbi texnika və xüsusi xidmət orqanlarının maraq dairəsinə düşən şəxslər barədə məlumat ötürdüyünü iddia edir.

Bundan əlavə, Moiseyeva Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi lüks malların ixracına qadağanı pozmaqda da günahlandırılıb. İstintaqın versiyasına görə, o, Estoniyadan Rusiyaya ümumi dəyəri 300 avrodan yuxarı olan yeddi şüşə şərab çıxarmağa cəhd edib, lakin hər iki dəfə ölkənin gömrük orqanları tərəfindən saxlanılıb.

Xatırladaq ki, bu, Estoniyada oxşar ittihamla verilən ilk hökm deyil. Daha əvvəl Viru dairə məhkəməsi Narvada yaşayan Rusiya vətəndaşı Pavel Kapustini 6,5 il həbs cəzasına məhkum etmişdi. Onun Rusiyaya Estoniyanın təhlükəsizliyi üçün əhəmiyyətli məlumatlar ötürdüyü, habelə dövlət orqanlarına yalan məlumat verdiyi və beynəlxalq sanksiyaları pozaraq lüks mallar, alkoqol və elektronikanı qanunsuz olaraq Rusiyaya çıxardığı bildirilir.

Məhkəmə həmçinin Kapustinin 90 min avro dəyərində əmlakını müsadirə edib.

Poliqon.info

Избранный
93
4
poliqon.info

9Источники