RU

Rusiyada yanacaq böhranı: Qiymət yüksəlir, növbələr artır

Yazını böyüt
Yazını kiçilt

Rusiya benzin təchizatı çatışmazlığı səbəbindən yanacaq böhranı ilə bağlı narahatlıqlarla üzləşib.

Hafta.az-ın “Moskovski Komsomolets”ə istinadən yazdığına görə, ölkədəki bir çox yanacaqdoldurma məntəqələrində 95 oktanlı benzin tamamilə tükənib, sürücülər, xüsusən də Krım, Xabarovsk və Primoryedə yanacaq tapmaqda çətinliklə saatlarla uzun növbələr gözləyirlər.

Benzinin qiyməti həm birjada, həm də pərakəndə satışda sürətlə bahalaşır. Hökumət, ilk növbədə, ixrac məhdudiyyətləri və görüşlər vasitəsilə müdaxiləyə cəhd etsə də, hələlik konkret həll yolu tapılmayıb. Nəhayət, dünən Rusiya hökuməti daxili bazarda yanacaq tədarükünü təmin etmək və qiymət sabitliyini qorumaq üçün benzin ixracına tam qadağa müddətini uzadıb. Bu məhdudiyyət istehsalçı şirkətlər üçün sentyabra qədər, digər iştirakçılar üçün isə oktyabrın sonuna qədər qüvvədə qalacaq. Energetika Nazirliyinə bazara ciddi nəzarət etmək, neft şirkətlərinə daxili bazarda adekvat təchizatı saxlamaq və birjada çarpaz alışdan çəkinmək tövsiyə olunub. Primoryedə 95 oktanlı benzinin birja qiyməti ilin əvvəlindən 30 faiz artaraq bir ton üçün 100 min rublu ötüb. Bölgəni təchiz edən əsas neft emalı zavodları olan Komsolmolsk və Anqarskda istehsal 25-57 faiz arasında azalıb. Benzinin litrinin orta qiyməti ölkə üzrə 61,7 rubla yüksəlib, qiymət artımı inflyasiyanı üstələyib. Bu vəziyyət xüsusilə adi istehlakçılar üçün yanacaq çatışmazlığını daha da artırır. Bəzi bölgələrdə litr satışı məhdudlaşdırılsa da, yaxın vaxtlarda benzin kuponu kimi tədbirlərin tətbiq oluna biləcəyi gözlənilir.

Ekspertlər vurğulayırlar ki, mövcud problemlər təkcə mövsümi tələbatla bağlı deyil; infrastruktur çatışmazlıqları və qeyri-adekvat strateji planlaşdırma kimi struktur problemləri də böhranı gücləndirir. Neft emalı zavodlarında planlaşdırılmamış texniki xidmət və mürəkkəb idxal şərtləri xərcləri artırır, yanacağın qiymətinə nəzarət mexanizmlərinin çevik olmaması isə qiymət artımının qarşısını ala bilmir. Üstəlik, bəzi bölgələrdə, xüsusən də müstəqil yanacaqdoldurma məntəqələri iri neft şirkətləri ilə rəqabət apara bilmir və zərərlə satmaq məcburiyyətində qalır.

Rusiyanın bəzi aparıcı neft emalı zavodları bu yaxınlarda pilotsuz təyyarələrin hücumu nəticəsində zədələnib.

Избранный
27
hafta.az

1Источники