RU

Netflix ulduzu yeni filmdə tanınmaz halda

Yazını böyüt
Yazını kiçilt

Canlı hərəkətli “Street Fighter” filminin çəkilişlərinə başlanılıb. Ken Masters obrazını canlandıran Nuh Kentineo rolu ilə bağlı ilk ipucunu İnstaqramda paylaşdığı foto ilə verib.

Hafta.az-ın yazdığına görə, “To All the Boys I've Loved” və “The Recruit” kimi Netflix istehsalı ilə tanınan 29 yaşlı aktyor avqustun 25-də paylaşdığı selfidə qara idman kostyumu və çəhrayı alt paltarı ilə əzələli bədən quruluşunu nümayiş etdirib.

Kentineo çiyninə qədər uzanan, sarı saçlarını baş bandı ilə geri çəkib və pərəstişkarları bunu təəccüblə qarşılayıb,

Kentineo əvvəl bu il daha sağlam həyat tərzinə keçdiyini və spirtli içkilərdən imtina etdiyini açıqlamışdı.

Böyük maraqla gözlənilən filmdə baş rolları David Dastmalçian, Kurtis "50 Cent" Cekson, Ceyson Momoa, Kallina Lianq, Codi Rodes, Roman Reyqns, Endru Koji və Hiruki Qoto canlandırıb.

Filmin rejissoru “Bad Trip” filmi ilə tanınan Kitao Sakuraydır. Sakuray 2024-cü ildə layihədən ayrılan Denni və Maykl Filippunu əvəz edir. Filippou qardaşları “Mənimlə danış və onu geri gətir” qorxu filmləri ilə diqqət çəkiblər.

Filmin çəkilişlərinə avqustun 18-də Avstraliyada başlanılıb.

Əvvəlcə 20 mart 2026-cı ildə buraxılması planlaşdırılan “Street Fighter”, rejissor dəyişikliyindən sonra proqramdan çıxarılıb. Yeni buraxılış tarixi hələ açıqlanmayıb.

Избранный
11
hafta.az

1Источники