RU

Keçmiş məcburi köçkün: Qalib ölkənin vətəndaşı kimi yurd yerlərimizə təhlükəsizlik şəkildə geri qayıdırıq  

Allah Prezidentimizə cansağlığı versin, onun həyata keçirdiyi uğurlu siyasət nəticəsində torpaqlarımız işğaldan azad olundu. Azərbaycan Ordusunun şücaəti sayəsində ərazi bütövlüyümüz və suverenliyimiz təmin edildi. Bu gün də biz qalib ölkənin vətəndaşları olaraq 30 ildir həsrətində olduğumuz yurd yerlərinə təhlükəsizlik şəkildə geri qayıdırıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ağdam rayonunun Xıdırlı kəndinə köçən keçmiş məcburi köçkün Murad Səfərov söyləyib.

Uzun həsrətdən sonra geri qayıtdıqları üçün çox sevincli olduğunu deyən keçmiş məcburi köçkün 34 illik ağrı-acının sona çatdığını bildirib. Ağdamdan məcburi köçkün düşəndə 34 yaşını olduğunu xatırladan M. Səfərov bu gün 64 yaşında geri döndüyünü vurğulayıb.

O, işğal dövründə Ağdamdan 7 nəfərlə çıxdığını, lakin bu gün 3 nəfərlə qayıtdığını deyib.

Избранный
27
4
azerbaijan-news.az

5Источники