RU

"Real" Sebalyosu Fransa nəhənginə buraxmağa razılaşdı - SON DURUM

"Real Madrid"in ulduzu cari mövsümü Fransa Liqa 1-ində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, "Olimpik Marsel" yarımmüdafiəçinin keçidi ilə bağlı İspaniya nəhəngiylə danışıqlarda uğur qazanıb. 

İnformasiyanı tanınmış insayder Fabritsio Romano yayıb. Mənbənin məlumatına görə, "qalaktikos" 29 yaşlı futbolçunu icarəyə göndərməyə razılaşıb. Marsellilər gələn il yarımmüdafiəçini almaq imkanına malik olacaq. Klublar yalnız təzminat məbləğini razılaşdırmalıdırlar ki, bu da Fransa klubu üçün çox yüksək olmamalıdır.

Dani Sebalyosun "Real Madrid"lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" oyunçunun qiymətini 10 milyon avro dəyərləndirir.

Mirağa

Избранный
17
fanat.az

1Источники