RU

"Qarabağ" bu axşam yeni tarix yazmaq üçün meydana çıxacaq


Bu axşam Ağdamın "Qarabağ" futbol klubu, UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq. Ağdam təmsilçisi Macarıstan "Ferensvaroş"unu Bakıda qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.
Oyunu məşhur FİFA referisi, 2022-ci ildə Çempionlar Liqasının ("Liverpul" - "Real"), 2021-сi ildə isə Avropa Liqasının ("Vilyareal" - "Mançester Yunayted") final oyununun baş hakimi olmuş Kleman Tyurpen idarə edəcək. Bu komandalar arasında ilk matçda "Qarabağ" 3:1 hesablı qələbə qazanmışdı.

2017-ci ildə Avropanın ali klub turnirinin qrup mərhələsində mübarizə aparmış "Qarabağ", "Ferensvaroş"u 2 oyunun cəmində də məğlub edəcəyi təqdirdə tarixində 2-ci dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək.

Mətləb

Избранный
16
13
baki-xeber.com

10Источники