RU

Bu gecə ard-arda baş verən zəlzələlərin səbəbi məlum oldu

HBAKI, 27 avqust. TELEQRAF

Müxtəlif yerlərdə ard-arda zəlzələlərin baş verməsi yerdaxili proseslərin, hərəkətlərin nəticəsidir.

Bunu Teleqraf-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, dünən Dağıstan ərazisində baş verən zəlzələ çox dərində olduğu üçün Qusar, Xaçmaz, Xudat kimi geniş ərazilərdə 3-4 bala kimi hiss olunub.

“Zəlzələ ocağı dərinlikdə olduqda təkanların əhatə dairəsi böyük olur. Dərinlik az olduqda isə zəlzələnin əhatəsi kiçilir, silkələnmə isə güclənir. Zəlzələnin baş vermə səbəbi yeraltı proseslərlə bağlıdır, yeraltı təkanlar hər gün baş verir. Bunun yerüstü hadisələrlə heç bir əlaqəsi yoxdur. Günəş partlaması, planetlərin təsirinin isə zəlzələ ilə əlaqəsi ola bilər.

Hazırda isə Azərbaycanda dağıdıcı zəlzələ gözlənilmir”,- Q.Yetirmişli əlavə edib.

Qeyd edək ki, gecə yerli vaxtla saat 00:33-də Dağıstan Respublikası ərazisində 64 km dərinlikdə, 5.4 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın bir sıra şəhər və rayonlarında hiss olunub.

Избранный
47
teleqraf.com

1Источники