RU

Azərbaycanlı pilot kartinq üzrə beynəlxalq turnirin qalibi olub - FOTOLAR

Azərbaycanlı pilot Davin Cəfərov Portuqaliyanın Palmela şəhərində keçirilən kartinq üzrə beynəlxalq "Easykart Portugal Trophy" turnirinin qalibi olub. SİAxəbər verir ki, idmançı uzunluğu 1270, eni 10 metr olan Beynəlxalq Kartodromo de Palmela trekində TaG Livre 125 kateqoriyası üzrə 140 xalla birinci olub.

Turnirdə Fransa, Böyük Britaniya, İspaniya, Portuqaliya, Anqola və Cənubi Afrika Respublikasından olan pilotlar iştirak edib.

Qeyd edək ki, D.Cəfərov oktyabrda İtaliyada keçiriləcək X30 kateqoriyasında "World Grand Final"da iştirak edəcək. O qitə çempionatında "BirelAreti" komandasının tərkibində Portuqaliyanı təmsil edəcək. Kartinqdə bir sıra beynəlxalq turnirlərdə qalib və mükafatçılar sırasında yer alan 15 yaşlı pilota artıq Almaniyada "Formula 4"ə qatılmaq təklifi gəlib.

Избранный
22
12
sia.az

10Источники