RU

Vaxtı bitmiş şəxsiyyət vəsiqəsi ilə pensiya və müavinət verilmir

Azpost portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Qüvvədə olan şəxsiyyət vəsiqəsi olmasa, ödənişlərin sistem üzərindən həyata keçirilməsi mümkün deyil“.

AzPost bildirir ki, bu barədə DSMF-in vətəndaşlara müraciətində deyilir.

Açıqlamada qeyd olunur ki, Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişləri vətəndaşlara münasibətdə şəxsiyyət vəsiqəsi məlumatlarına bağlıdır: “Buna görə də qüvvədə olan şəxsiyyət vəsiqəsi olmasa, ödənişlərin sistem üzərindən həyata keçirilməsi mümkün deyil”.

“Şəxsiyyət vəsiqəsi hər hansı səbəbdən qüvvədən düşmüş vətəndaşlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib, yeni qüvvədə olan şəxsiyyət vəsiqəsi almalıdır ki, sosial ödənişlərinin davam etdirilməsi mümkün olsun”.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
34
azpost.info

1Источники