RU

TƏBİB partlayışa dair məlumat yaydı

Yenisabah saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avqustun 27-də saat 05:50 radələrində 3 nəfər (2 qadın, 1 kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslərin müalicəsi davam etdirilir. Dördpendirli pizza

Xatırladaq ki, Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsində qaz borusu partlayıb.

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hadisə qaz təchizatının yoxlanışı zamanı baş verib. Yoxlanış zamanı üç məsul şəxs və bir nəfər mənzil sahibi yüngül xəsarət alıb. Yaralılara dərhal tibbi yardım göstərilib.

Hadisənin səbəbləri araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
4
yenisabah.az

6Источники