RU

Braziliya prezidenti silahlanmaya 800 milyard avro ayıran Aİ-ni tənqid edib

Braziliya prezidenti Luiz İnasio Lula da Silva bildirib ki, Ukraynada müharibənin tezliklə bitəcəyini təkcə münaqişənin hər iki tərəfi deyil, ABŞ və Avropa ölkələri də bilir...

Poliqon xəbər verir ki, bu barədə Rai News yazır.

"Hər kəs bilir ki, bu müharibə tezliklə bitəcək. Mən inanıram ki, həm prezident Putin, həm də Zelenski bu münaqişənin nəyə gətirib çıxaracağını bilirlər, Avropa və Tramp da. Onlar sadəcə, onun sonunu elan etməyə cəsarət tapacaqları anı gözləyirlər", deyə Braziliya prezidenti bildirib.

Da Silva bütün üzv dövlətlərin yenidən silahlanması üçün 800 milyard avro ayıran Avropa İttifaqının qərarını da tənqid edib. Braziliya prezidentinin fikrincə, bu vəsait başqa məqsədlərə xərclənməlidir:

"Aclıqla mübarizə və meşələri dəstəkləmək üçün pula ehtiyacımız olduqda, bu resurslar başqa məqsədlər üçün ayrılmalıdır".

O əlavə edib ki, beynəlxalq liderləri daha çox Şərqi Avropada müharibə borcunu kimin üzərinə götürəcəyi narahat edir.

Poliqon.info

Избранный
124
poliqon.info

1Источники