RU

Əfran İsmayılov: Belə olsa, rahat şəkildə qələbə də qazana bilərlər

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Möhtəşəm hisslərdir. Azərbaycan xalqı neçə illərdir ki, bunu gözləyir". Bu sözləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Əfran İsmayılov deyib. 36 yaşlı keçmiş yarımmüdafiəçi Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanmaq ehtimalı barədə danışıb: "Artıq çox gözəl şans var. Komandamız ikinci matçı evdə oynayır və möhtəşəm azarkeş dəstəyi olacaq. "Qarabağ" böyük təşəkkür düşür. Neçə illərdir Azərbaycan futbolunu çiynindı daşıyır. Bu ildə də qitənin bir nömrəli klub turnirinə düşmək üçün böyük şans var". İsmayılov 2017-ci ildə Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıqları dönəmi xatırlayıb: "Həmin ab-hava tamam başqa hisslərdir. Azərbaycan klubunun daim əsas mərhələdə olmasını arzu edirəm. Çempionlar Liqasının himni ölkəmizdə dəfələrlə səslənsin. Bu hissləri Azərbaycan futboluna "Qarabağ" yaşadır. Bugünkü cavab matçında soyuqqanlı və təmkinli olmaq lazımdır. Qurban müəllim də neçə illərin təcrübəli baş məşqçisidir və bunların hamısın bizdən yaxşı bilir. İnanıram ki, oyunçular onun verdiyi tapşırıqları yerinə yetirəcəklər. Belə olsa, rahat şəkildə qələbə də qazana bilərlər. Təzyiq olacaq, amma komanda bunları yetəri qədər görüb. "Qarabağ"a uğurlar arzulayıram. Hamının gözü həmin oyunda olacaq. Bütün dünya klubumuzun uğurunu izləyəcək".Qeyd edək ki, bu gün baş tutacaq "Qarabağ" - "Ferentsvaroş" görüşü saat 20:45-də start götürəcək. Səfərdəki ilk qarşılaşmada Azərbaycan çempionu qalib gəlib - 3:1

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
1
sport24.az

2Источники