RU

Dağıstandakı zəlzələnin Azərbaycan üçün təhlükəsivar? – RSXM aydınlıq gətirdi

Dağıstanda baş verən zəlzələnin Azərbaycan üçün heç bir təhlükəsi yoxdur.

Heftelik.az xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

“Azərbaycanda demək olar, hər gün zəlzələ olur. Ancaq heç bir bölgədə güclü zəlzələnin olması gözlənilmir. Orada 1.2-1.3 maqnitudalı afterşoklar olub. Ancaq heç biri hiss olunmayıb”, – o bildirib.

Qeyd edək ki, ötən gecə yerli vaxtla saat 00:33-də Dağıstan Respublikası ərazisində 64 km dərinlikdə, 5.4 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın bəzi bölgələrində hiss edilib.

Xəzərdə güclü zəlzələ – Bakıda və rayonlarda hiss edildi

 

Избранный
18
2
heftelik.az

8Источники