RU

Ağcabədidə yanacaqdoldurma məntəqəsində yanğın törətməkdə şübhəli bilinən şəxs SAXLANILDI - YENİLƏNİB + VİDEO

Ağcabədi rayonunda fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, Ağcabədi rayonunda fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində yanğın törətməkdə şübhəli bilinən Bayram Vəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
10:05
 
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağcabədi rayonunda fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Bu barədə Moderator.az-a FHN-dən məlumat verilib.
 
Qeyd edilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
 
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının məntəqənin ərazisində yerləşən ofisdə baş verdiyi və yanacaqla dolu çənlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
 
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək yanacaqdoldurma məntəqəsinin ərazisinə yayılmasına və yanacaq çənlərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
 
Yanğın nəticəsində ümumi sahəsi 48 m² olan üç otaqdan ibarət ofisin yanar konstruksiyaları yanıb.
 
Yanacaq çənləri yanğından mühafizə olunub, xəsarət alan yoxdur.
Избранный
25
15
moderator.az

10Источники