RU

Azərbaycan Çexiyadan məhsul alışını 29% artırıb

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Çexiya arasındaticarət əməliyyatlarının həcmi 593,2 milyon ABŞ dolları təşkiledib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 39,9 milyon ABŞ dolları və ya 6,3% azdır.

Hesabat dövründə Çexiya ilə ticarət əməliyyatları Azərbaycanınümumi ticarət dövriyyəsinin 2,06%-i həcmində olub. Bununla dasözügedən ölkə Azərbaycanın ən çox ticarət apardığı ölkələrsırasında 8-ci pillədə qərarlaşıb.

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Çexiyaya 548,3milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eynidövrü ilə müqayisədə 50,1 milyon ABŞ dolları və ya 8,4% azdır.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında ÇexiyadanAzərbaycana 44,9 milyon ABŞ dolları dəyərində idxal əməliyyatlarıicra olunub ki, bu da illik müqayisədə 10 milyon ABŞ dolları və ya28,9% artım deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanxarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25%çoxdur.

Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın,13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illikifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.

Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.

Избранный
1
1
az.trend.az

3Источники