RU

Bakıda qazaxıstanlı rəssamın fərdi sərgisi açılıb

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda avqustun 26-da qazaxıstanlı rəssam Batuxan Baymenin “NOMADE BLACK & WHITE” adlı fərdi sərgisi açılıb.

525.az-a bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, açılış mərasimində Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova və Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov iştirak ediblər.

Sərgidə təqdim olunan əsərlər simvolik, alleqorik və metaforik kompozisiyaları ilə fərqlənir, türk xalqlarının ruhunu, mədəni irsini və müasir təfəkkürünü əks etdirir. Rəssam tez-tez Abay Kunanbayev, Çingiz Aytmatov və Əlişir Nəvainin əsərlərindən ilhamlanaraq qrafikalarında bu motivlərə xüsusi yer verir.

Qeyd edək ki, sərgi sentyabrın 15-dək davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
4
525.az

8Источники