RU

İrəvanda Artsax harayı abidəsinin açılış olacaq: Ermənilər kimə güvənir?

ain.az bildirir, Adelet.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, Ermənistan paytaxtında yerləşən qondarma “erməni soyqırımı” memorialı ilə bağlı diqqətçəkən məlumat yayılıb.

Sosial şəbəkələrdə və bəzi erməni teleqram kanallarında memorial kompleksində yerləşən əbədi məşələ artıq girişin mümkün olmadığı, ərazidə qəfil “təmir işlərinə” start verildiyi bildirilir. Sülh müqaviləsinin paraflanmasından sonra bu hal sosial şəbəkələrdə  siyasi xarakterli addım kimi dəyərləndirilib . Ermənilərin böyük əksəriyyəti güman edir ki, Paşinyan  abidə kompleksini sökdürmək fikrindədir və təmir bəhanədir.

 Adalet.az xəbər verir ki,  nə ermənilər, nə də Ermənistan dövləti  ədavət yaradan  heç bir nəsnəni tarixin arxivinə buraxmaq fikrində deyil.

Beləki, İrəvanda yerləşən “Yerablur” hərbi panteonunda “Artsaxın harayı” memorial kompleksinin təntənəli açılış mərasimi baş tutacaq. Bununla bağlı “Arariç” İctimai Təşkilatı məlumat yayıb.

“Əziz həmvətənlər,

Sentyabrın 2-si saat 10:00-da hər kəsi “Artsaxın  harayı” memorial kompleksinin təntənəli açılış mərasimində iştirak etmək üçün Yerablur Hərbi Panteonuna dəvət edirik.

Abidə Artsax müharibələrində həlak olmuş qəhrəmanların, Artsaxda istirahət edən soydaşlarımızın, eləcə də sentyabrın 25-də Müdafiə Ordusunun yanacaq anbarında baş vermiş faciəli partlayış nəticəsində həlak olanların əbədi xatirəsinə həsr olunub.

“Mərasim çərçivəsində xaçkarlara xeyir-dua mərasimi keçiriləcək, abidənin postamenti önünə gül dəstələri qoyulacaq”, - məlumatda deyilir.

 P.S. Son günlər Rusiyanın Azərbaycanla bağlı aqressiyası ermənilərin əlinə fürsət salıb. Rusiya mediasında "Stepanakert", Dağlıq Qarabağ", çox vaxt isə "Artsax" kimi Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi dəyərləndirilən cümlələr erməniləri xeyli  ürəkləndirib. Xatırlayırsınızsa, ötən ay baş nazir Paşinyan Rusiyaya  səfər edib qayıdandan sonra İrəvanda Qarabağla bağlı yığışdırılan  simvollar yenidən   açıq şəkildə dəstəkləndi. Düşünürəm ki, ermənilərə nə "sülh müqaviləsi", nə  gələcək inkişaf, nə qonşuluq münasibətləri yaramır. Bunlarla ancaq silahla danışmaq effekt verə bilər.

 Əntiqə Rəşid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
1
adalet.az

2Источники