RU

Nemanya Matiç “Sassuolo”da

Serbiyalı dayaq yarımmüdafiəçisi Nemanya Matiç Lion “Olimpik”indən ayrılaraq tamhüquqlu transfer əsasında “Sassuolo”ya keçib.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən məlumat verir.

Transfer “Sassuolo”ya pulsuz başa gəlib. Belə ki, “Olimpik”lə Matiç arasındakı müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 37 yaşlı futbolçu İtaliya klubu ilə 1 illik (2026-cı ilin 30 iyununadək) müqaviləyə imza atıb.

Nemanya Matiç futbola “Vrelo” klubunda qədəm qoyub. “Dayaqçı” yeniyetməlik və erkən gənclik karyerası ərzində “Obrenovats”, “Srvena Zvezda”, “Partizan”, “Yedinstvo” klublarında çıxış edib. Ardınca Matiç “Kolubara” klubunda böyük futbolda debüt edib. Matiç ardınca “Koşitse”, “Çelsi”, “Vitess”, “Benfika”, “Mançester Yunayted”, “Roma” və “Renn”də oynayıb. Matiç 2024-cü ilin əvvəlindən formasını geyindiyi Lion “Olimpik”ində 58 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Matiçin qənimətlər muzeyində “Benfika” ilə Portuqaliya çempionluğu, Portuqaliya Kuboku və Portuqaliya Liqa Kuboku (2 dəfə), “Çelsi” ilə İngiltərə çempionluğu (3 dəfə), İngiltərə Kuboku və İngiltərə Liqa Kuboku var. Həmçinin Matiç “Benfika”da ilin futbolçusu (2012/2013) və Serbiyada ilin futbolçusu seçilib (2014, 2015).

Matiç 2018-ci ilin dekabrında debüt etdiyi Serbiya yığmasının heyətində 48 oyun keçirib. Dayaq yarımmüdafiəçi millidə 2 qol da vurub. O, ölkəsinin aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.

“Transfermarkt” internet-portalı 37 yaşlı serb dayaq yarımmüdafiəçisinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Избранный
125
20
arena.az

10Источники