RU

Türkiyədə 15 yaşlı gənc zibil qutusundan "sərvət" tapdı - FOTO

  15 yaşlı Ömər Çoban zibilliyin yanından tapdığı dəyəri 66 min manatdan çox olan zinət əşyaları tapıb. 15 yaşlı Ömər tapdığı bu sərvəti polisə təhvil verib.

Referans   xəbər verir ki, hadisə Türkiyənin Batman şəhərində baş verib.

Batmanın Gap məhəlləsində mal-qara bəsləyən əmisinin qatığını sataraq ailəsini dolandıran 15 yaşlı Ömər Çoban evə gedərkən yol kənarında qızıl məmulatla dolu çanta diqqətini cəlb edib.

Ömərin zibillikdən tapdığı çantanın içərisində təxminən 1,6 milyon lirə  (66 min 272 Azərbaycan manatı-red) dəyərində qızıl, pul və digər qiymətli əşyalar olub. Gənc həmin çantanı dərhal polisə təhvil verib. Onun bu cür nümunəvi hərəkəti cəmiyyətdə çox böyük rəğbətlə qarşılanıb.

 

 
   

Избранный
15
5
referans.az

6Источники