RU

Batuxan Baymenin Bakıda sərgisi açıldı - FOTO

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda (Xəqani küç. 19) qazaxıstanlı rəssam Batuxan Baymenin “NOMADE BLACK & WHITE” adlı fərdi sərgisi açılıb.

Mədəniyyət Nazirliyindən "News24.az"a verilən məlumata görə, açılış mərasimində Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova və Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov iştirak ediblər.

Batuxan Baymen Qazaxıstanın ən tanınmış müasir qrafika ustalarından biridir. Onun əsərləri miqyası, düşüncə dərinliyi və özünəməxsus üslubu ilə seçilir. Sənətkar yaradıcılığında əcdadlarının köçəri mədəniyyətindən ilham alaraq qədim türk tarixini, nomad dünyasını və ortaq fəlsəfəni yeni bədii prizmadan təqdim edir.

Sərgidə təqdim olunan əsərlər simvolik, alleqorik və metaforik kompozisiyaları ilə fərqlənir, türk xalqlarının ruhunu, mədəni irsini və müasir təfəkkürünü əks etdirir. Rəssam tez-tez Abay Kunanbayev, Çingiz Aytmatov və Əlişir Nəvainin əsərlərindən ilhamlanaraq qrafikalarında bu motivlərə xüsusi yer verir.

Sərgi 15 sentyabradək davam edəcək.

Избранный
48
6
news24.az

8Источники