RU

Premyer Liqada qələbə qolunu vuran ən gənc ikinci futbolçu kimdir?

“Liverpul” Premyer Liqanın 2-ci turunda səfərdə “Nyukasl”la qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, görüşdə son nöqtəni 16 yaşlı Rio Nqumoa qoyub.

Onun 90+10-cu dəqiqədə vurduğu qol Mersisayd təmsilçisinə qələbə gətirib. (3:2)

Bu, eyni zamanda gənc futbolçunun qırmızı formada ilk qolu olub.

Nqumoa qələbə qolunu vuran ən gənc 2-ci futbolçu (16 yaş 361 gün) olub. Bunu ondan öncə Ueyn Runi (16 yaş 360 gün) edə bilmişdi.

Избранный
54
1
sportinfo.az

10Источники