RU

Qubaya film çəkmək üçün gedən çəkiliş heyətinin avtomobili dərəyə aşıb, ölən və yaralanan var - VİDEO

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosu xəbər verir ki, Qalayxudat kəndi yaxınlığında, yüksək dağlıq ərazidə, "Ford" markalı yük avtomobili yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə 1 nəfər hadisə yerində ölüb, 1 nəfər isə yaralanıb. Xəsarət alan 1977-ci il təvəllüdlü Rəhimzadə Ramil Bayram oğlu Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda ona tibbi yardım göstərilir.

Qəzaya düşən şəxslərin film çəkmək üçün Qubanın Qrız kəndinə gedən çəkiliş heyətinin üzvləri olduğu bildirilir.

https://lent.az//storage/video-cdn/fd8ba6ba508c7ae880fd3b5bcbf78026.mp4

Избранный
10
7
apa.az

10Источники