"Qarabağ" uzun müddətdir axtarışında olduğu hücumçunu tapıb.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi 24 yaşlı futbolçu Samu Sumano ilə razılığa gəlməyə yaxındır. Tərəflər arasında son danışıqlar gedir.
Sambu hazırda Fransa klubu "Loryan"ın futbolçusudur. O, ötən mövsüm komandanın əsas Liqaya yüksəlməyində vacib rol oynayıb.
Seneqallı 32 oyunda 14 qol vurmağı bacarıb.
O, Liqa 1-də də qol hesabını açıb. Ötən həftə keçirilən "Renn"lə matçda komandasının ilk qolunu vurub.
Onunla “Seltik” də yaxından maraqlanırdı.. Şotlandlardan fərqli olaraq, Azərbaycan çempionu daha cəld tərpənərək, qarşı tərəflə danışıqlarda bir çox detalları razılaşdırıb.
Ağdam təmsilçisi avqustun sonuna qədər transferi rəsmiləşdirmək niyyətindədir.
S. Sumanonun “Loryen”lə müqavilə müddəti gələn ilin yayına qədərdir.
(futbolinfo.az)