RU

“Muğam Müsabiqəsində yerimi pulla satdılar”

Müğənni Nişanə Baxışova Muğam Müsabiqəsində diplomu geri çevirən Kənan Novruzova dəstək çıxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə o, sosial mediada yazıb: 

“Bu uşaqları mənim günümə saldılar. Muğam Müsabiqəsində 2007-ci ildə mənim yerimi pulla satdılar. Allah böyükdür, nə olsun 2011-ci ildə Beynəlxalqda 3-cü yerin sahibi oldum, yerimi satan insanlara sübut etdim”. 

Qeyd edək ki, IX “Muğam” Televiziya Müsabiqəsinin finalında qalmaqal yaşanıb. 

Müsabiqə iştirakçılardan olan Kənan Novruzov haqsızlıq olunduğunu deyib. O, finalda ona təqdim olunan diplomu qəbul etməyib. 

"Bütün xalq görsün ki, necə böyük haqsızlıq var muğam sənətində. Susmayaq" - Kənan paylaşımında yazıb.

Избранный
25
4
ucnoqta.az

5Источники