RU

La Liqa klubu gürcü futbolçuya elçi düşdü - 30 milyonluq təklif

Fransanın "Olimpik Lion" klubunun hücumçusu Georges Mikautadze La Liqada oynamağa yaxındır. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Footmercato" yayıb. 

Mənbənin məlumatına görə, 24 yaşlı gürcü futbolçu karyerasını "Vilyarreal"da davam etdirə bilər. "Sarı sualtı qayıq" Gürcüstan millisinin forvardı üçün cəlbedici təklif hazırlayıb. “Vilyarreal”ın Lion nəhənginə 30 milyon avroluq təklif göndərməyi planlaşdırdığı iddia edilir. 

Mikautadze ötən mövsüm "Olimpik Lion"un heyətində 47 matçda iştirak edib. Hücumçu bu görüşlərdə 17 qol vurub və 11 məhsuldar ötürmə edib. Gürcü oyunçu ilə "toxucular" arasında hazırki müqavilənin müddəti 2028-ci ilin yayında başa çatır.

Mirağa

Избранный
8
1
fanat.az

2Источники