RU

Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olundu

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəb və mərkəzlərinə yeni rəhbər təyinatları həyata keçirilib.

Publika.az xəbər verir ki, nazirlik tərəfindən təşkil olunmuş açıq müsabiqənin nəticələrinə əsasən test və müsahibə mərhələlərindən uğurla keçmiş 19 namizəd rəhbər vəzifələrə irəli çəkilib.

Təyinatların bölgüsü belədir:

Bakı şəhəri: 7 məktəbə direktor, 4 məktəbə direktor müavini;

Regionlar: 7 məktəbə direktor, 1 məktəbə direktor müavini.

Избранный
26
10
publika.az

3Источники