RU

Məşhur aktyor Rusiyada şirkət təsis etdi

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Məşhur amerikalı aktyor Stiven Siqal və onun oğlu Dominik Siqal Rusiyada “Hikari” şirkətini təsis ediblər.

Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Hüquqi şəxslərin Vahid Dövlət Reyestrində məlumat paylaşılıb.

Bildirilib ki, “Hikari” MMC 26 avqust 2025-ci il tarixində dövlət qeydiyyatına alınıb. Sənəddə qeyd olunduğu kimi, şirkət kommersiya fəaliyyəti və idarəetmə sahəsində konsaltinq, eləcə də qida məhsulları, geyim satışı, təyyarə satışı və nanotexnologiyalar üzrə elmi tədqiqatlar üzrə ixtisaslaşmışdır.

Əlavə edilib ki, bu biznesdə aktyor 34%, oğlu isə 33% paya sahibdir. Payın qalan 33%-i 55%-i iş adamı Mixail Zamarinə aid olan “Eco-invest 23” MMC-nin payına düşüb.

Qeyd edək ki, Stiven Siqal 2016-cı ildə Rusiya vətəndaşlığını alıb. 2024-cü il mayın 30-da “beynəlxalq mədəni-humanitar əməkdaşlığın inkişafına verdiyi böyük töhfəyə görə” Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Dostluq” ordeninə layiq görülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
1
yeniavaz.com

2Источники