RU

Fransa, Almaniya və Polşa liderləri Kişinyovda Moldovanın Aİ üzvlüyünə dəstək ifadə edib

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa Prezidenti Emmanuel Makron, Almaniyanın Kansleri Fridrix Mers və Polşanın Baş naziri Donald Tusk Kişinyova gediblər.

APA Moldova mediasına istinadən xəbər verir ki, səfər Moldova Respublikasının Müstəqillik Günü münasibətilə Prezident Maya Sandunun dəvəti ilə baş tutub.

Mətbuata birgə açıqlama zamanı Maya Sandu bildirib ki, Moldova üçün Avropaya alternativ yoxdur.

Emmanuel Makron Moldovanın onların dəstəyinə layiq olduğunu bəyan edib.

Fridrix Merz deyib ki, Moldova üçün Avropa İttifaqının qapıları açıqdır.

Donald Tusk isə qeyd edib ki, Moldova ilə Avropa daha güclü olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
5
apa.az

6Источники