RU

ABŞ-də katolik məktəbində atışma oldu, yaralılar var

BAKI, 27 avqust. TELEQRAF

ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərindəki katolik məktəbində atışma baş verib.

Teleqraf xəbər verir ki, bu barədə ştat qubernatoru Tim Valz "X" hesabında məlumat yayıb.

"Mənə katolik məktəbində atışma barədə məlumat verilib" deyə o, "X" hesabındakı paylaşımda qeyd edib.

KİV məlumatına görə, hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Atəş açan şəxs saxlanılıb.

Qeyd edək ki, katolik məktəbdə məktəbəqədər yaşdan səkkizinci sinfə qədər uşaqların təhsil aldığı bildirilir.

Избранный
81
1
teleqraf.com

2Источники