Amerika Birləşmiş Ştatlarının Minnesota ştatının Minneapolis şəhərindəki katolik məktəbində atışma baş verib.
Publika.az xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 20 nəfər xəsarət alıb.
Hadisə şahidləri 30-50 dəfə atəş açıldığını bildirirlər.
Səlahiyyətli şəxslər hadisə yerindədirlər. Atəş açan şəxs zərərsizləşdirilib.
ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun hadisə yerinə göndərildiyini açıqlayıb.