Yazını böyüt
Yazını kiçilt
Sumqayıtda yanğın hadisəsi olub.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Sumqayıt şəhərində ümumi sahəsi 60 m² olan təndirxananın dam örtüyünün taxta atmaları 60 m² sahədə, damına yığılan 70 kq ot bağlaması və yaxınlığında 40 m² sahədə taxta tullantıları yanıb.
Təndirxananın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.