RU

Natenyahunun uydurma "erməni genosidini" tanıması türk dünyasında İsrailin imicinə zərbə vuracaq...


"İsrailin baş naziri Natenyahu öz uzun siyasikaryerası boyunca ilk dəfə olaraq 1915- ci ildə Osmanlı dövlətində baş vermiş məlum hadisələri "ermənilərin genosidi" kimi tanıyıb. Məncə o, İsrailin tarixində həm də həmin hadisələri "genosid" kimi tanıyan ilk baş nazir oldu. Çox pis göstəricidir." Bu fikirləri "Bakı Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev özünün Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: "Türkiyə ilə münasibətlərin prezidentimiz İlham Əliyevin "Əl- Ərəbiyyə" televiziyasına haqlı dediyi kimi, "heç vaxt indiki qədər olmadığı gərgin" dövründə daha qıcıqlandırıcı bu bəyanatı verməyə heç ehtiyac yox idi.Onsuz da, Natenyahunun Yaxın Şərqdəki son ilyarımlıq müharibəsi dünyada İsrailə və yəhudi xalqına münasibətin xeyli dəyişməsinə səbəb olub. Sankiİsrailin acığına Avropa dövlətləri arasında "daha kim Fələstini müstəqil dövlət kimi tanıyacaq" deyə rəqabət gedir. İslam dövlətləri getdikcə İsrailin əleyhinə daha da toparlanırlar. İki gün əvvəl İƏT xarici işlər nazirlərinin BMT baş məclisinə İsraillə bağlı etdikləri müraciət çox uzaq gedən nəticələr doğura bilər ...Bütün ərəb dünyası ilə total qarşıdurma dövrünə girməkdə olan İsraillideri heç olmasa bütün türk dünyasını ölkəsinəqarşı kökləyən "genosid addımı" atmamalı idi.Tək Türkiyə əleyhinə hansısa hikkəni çölə tökmək xatirinə bütün türk dünyasını qıcıqlandıran bəyanata nə ehtiyac var idi? O boyda Amerika saxta "erməni genosidini" tanımaqla nəyə nail ola bilib ki. İsrailin də uduşu nə olsun?! Natenyahu "erməni genosidini" tanımaqla İsrailin çox önəm verdiyi məşhur " Avraam sazişlərinin" sonrakı taleyini iflas istiqamətinə yönəldir. Saxta "erməni genosidinin" guya fakt olduğunu iddia etməklə NayenyahununAzərbaycanı da çətin vəziyyətdə qoymasıtəəssüf doğurur... Cənab Natenyahu bununla Fransadakı erməni diasporunun və erməni lobbisinin diqqətini cəlb etmək və növbəti seçkidə onları örezident Makronun əleyhinə yönəltmək istəyirsə real taktika deyil. Fransadakı erməni diasporu Makronun Ermənistana real dəstəyini buraxıb Nayenyahunun nisyə dəstəyinin dalınca getməz ... Natenyahunun "erməni genosidini " tanıması Azərbaycanın da mənafelərinə zidd olmaqla tarixdə onun ciddi səhvlərindən biri kimi qalacaq.Tarixəqərəzli yanaşmaları tarix heç sevməz...." Mətləb
Избранный
6
1
baki-xeber.com

2Источники