Bakı, 27 avqust, AZƏRTAC
“Oyundan əvvəl “mərhələni keçəcəyik” sözünü deməmişdim”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Macarıstanın “Ferensvaroş” klubunun baş məşqçisi Robbi Kin UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a (iki oyunun nəticəsi 4:5 ) uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, oyunu belə şərh edib: “Bakıya qələbə üçün gəlmişdik. Təəssüf ki, alınmadı. Məğlub olmağı sevmirəm. Çox məyusuq. Bir topla uduzduq. Bunu sevmirəm”.