RU

“Ferensvaroş”un baş məşqçisi: Oyundan əvvəl “mərhələni keçəcəyik” sözünü deməmişdim

Bakı, 27 avqust, AZƏRTAC

“Oyundan əvvəl “mərhələni keçəcəyik” sözünü deməmişdim”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Macarıstanın “Ferensvaroş” klubunun baş məşqçisi Robbi Kin UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a (iki oyunun nəticəsi 4:5 ) uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, oyunu belə şərh edib: “Bakıya qələbə üçün gəlmişdik. Təəssüf ki, alınmadı. Məğlub olmağı sevmirəm. Çox məyusuq. Bir topla uduzduq. Bunu sevmirəm”.

Избранный
13
3
azertag.az

4Источники