RU

Mingəçevirdə motosiklet maşınla toqquşdu, 2 nəfər xəsarət aldı

MİNGƏÇEVİR, 28 avqust. TELEQRAF

Mingəçevirdə sifarişlə qida daşıyan kuryer motosikletçi “Hunday Santafe” markalı minik avtomobili ilə toqquşub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə avqustun 28-nə keçən gecə Heydər Əliyev prospektində Yüksək Texnologiyalar Parkı yaxınlığında baş verib.

Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan iki nəfər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
13
2
teleqraf.com

3Источники