RU

Qazanın bərpası planını Trampın kürəkəni və Britaniyanın sabiq baş naziri hazırlayıb

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bir neçə aydır ki, Britaniyanın keçmiş baş naziri Toni Bler və Donald Trampın kürəkəni Cared Kuşnerlə Qəzza üçün müharibədən sonrakı bərpa planını müzakirə edir. Bu barədə Axios mənbələrə istinadən məlumat yayıb.

 Uitkoff iyulnda Blerlə görüşüb — həmin gün ABŞ prezidenti İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparmışdı.

Daha sonra Bler Fələstin rəhbəri Mahmud Abbasla görüşərək Qəzza ilə bağlı təkliflərdən danışıb. Ayın əvvəlində isə Kuşner İsraildə olub və vəziyyəti müzakirə edib.

Axios yazır ki, Bler Netanyahunun və İsrailin müharibədən sonrakı planlarına cavabdeh olan baş müşaviri Ron Dermerin yaxın dostudur. İki mənbə bildirir ki, Dermer avqustun 27-də Qəzza ilə bağlı Vaşinqton görüşündən əvvəl Ağ Evdə yüksək vəzifəli rəsmilərlə danışıqlar aparıb.

Materiala əsasən, Bler və Kuşner Qəzzada HƏMAS-sız idarəetmə variantlarını əhatə edən planı Trampa təqdim ediblər.

Ağ Ev ilə razılaşdırılan plan Netanyahunun atəşkəs razılaşmasına gedərək HƏMAS-ı hakimiyyətdən uzaqlaşdırmaq üçün siyasi dəstək qazanmasına imkan verə bilər.

N.Təbrizli

Избранный
27
2
anews.az

3Источники